Rəsmi Tehran Avropa ölkələrinin ordularını terrorçu elan etdi - VİDEO

Hazırda oxunan: Rəsmi Tehran Avropa ölkələrinin ordularını terrorçu elan etdi - VİDEO

593843

Bu gün İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf plenar iclasda bildirib ki, Avropa Birliyinin SEPAH-ı terror təşkilatı kimi tanıması halında, Avropa ölkələrinin orduları da terrorçu qrup hesab olunacaq.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, “SEPAH-ın Terror Təşkilatı kimi bəyan edilməsinə qarşı əks tədbirlər haqqında” qanunun 7-ci maddəsinə əsasən, belə bir qərar avtomatik olaraq Avropa ölkələrinin ordularına da şamil ediləcək.

Parlament sədri vurğulayıb ki, bu addımın bütün siyasi və hüquqi nəticələrinə görə məsuliyyət birbaşa Avropa İttifaqının üzərinə düşəcək. 

Plenar iclasda parlament sədri çıxışını millət vəkilləri ilə birlikdə “Amerikaya ölüm olsun!” şüarı ilə sonlandırıb. (Snn.ir)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin