Samir Bağırov narkotik asılılığından danışdı: "Həyatımın ən qaranlıq dövrü idi" - VİDEO

Hazırda oxunan: Samir Bağırov narkotik asılılığından danışdı: "Həyatımın ən qaranlıq dövrü idi" - VİDEO

593819

Baku TV-nin "Qapqara" verilişinin budəfəki buraxılışının qonağı müğənni Samir Bağırov olub.

Bizim.Media xəbər verir ki, sənətçi narkotik asılılığı yaşadığı dövrdə keçirdiyi ağır psixoloji vəziyyətdən və bu mərhələdən necə çıxdığından danışıb.

O bildirib ki, həmin dövr onun həyatının ən qaranlıq mərhələsi sayılır:

"Narkotik istifadə etdiyim vaxtlarda elə vəziyyətə düşmüşdüm ki, hətta özümü balkondan atmaq istəyirdim. Sonra ayıldım ki, bu məndən güclü olmamalıdır. Müalicə aldım və dönüş oradan başladı".

Verilişdə sənətçi "kişilik" anlayışına münasibətini də bölüşüb. Onun sözlərinə görə, kişilik zahiri görünüş və ya statusla ölçülmür:

"Kişilik bədənə aid məsələ deyil. Kişilik insanın içində olmalıdır - tərbiyə, mədəniyyət və s. Bu, fiziki anlayış deyil, daxili keyfiyyətdir".
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin