Süfrəmizdəki təhlükə: Tez xarab olan çörəklər - VİDEO

Hazırda oxunan: Süfrəmizdəki təhlükə: Tez xarab olan çörəklər - VİDEO

593082

Vətəndaş iddia edir ki, aldığı çörəkdən cəmi bir gün sonra xoşagəlməz qoxu gəlməyə başlayıb və məhsul yemək üçün yararsız hala düşüb. Bəs əvvəllər bir neçə gün istifadə edə bildiyimiz çörəyin ömrünün indi bu qədər qısa olmasının səbəbi nədir?

Bizim.Media xəbər veirr ki, Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib. Fikrimcə, çörəyin tez xarab olması normaldır. Əgər tərkibində çoxlu kimyəvi maddə yoxdursa, tez xarab olmalıdır. Pis qoxu isə antisanitar şəraitdə saxlanılması ilə bağlıdır", - deyə sakinlərdən biri bildirib.

"Çörəyə mayanı çox qatırlar. Ona görə də tez xarab olur", - başqa bir sakin qeyd edib.

Qida mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, istehsal prosesini sürətləndirmək məqsədilə fermentasiya müddətini qısaltmaq üçün müxtəlif kimyəvi sürətləndiricilər və maya maddələrindən istifadə olunur:
 

"Bu, xəmirin normal acıma müddətini sürətləndirir və nəticədə, məhsul daha tez xarab olur. Eyni zamanda çörəyin isti-isti polietilen paketlərə yığılaraq satışa göndərilməsi, daşınma zamanı temperatur rejiminin dəyişməsi də onun tez xarab olmasına səbəb olur. Bəzi hallarda çörəklərdə konservantlardan istifadə edilməməsi də məhsulun rəf ömrünün qısa olmasına gətirib çıxarır.


Əgər çörəkdə xoşagəlməz qoxu və ya kif müşahidə olunarsa, onu istehlak etməkdən imtina edilməlidir. Əks halda bu, daxili orqanların funksiyalarının pozulması və həzm sistemində problemlərlə nəticələnə bilər".

Daha ətraflı süjetdə: 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin