Burun əməliyyatı olsa da 1 ildir çəpər əyriliyindən əziyyət çəkir - ŞİKAYƏT/VİDEO

Hazırda oxunan: Burun əməliyyatı olsa da 1 ildir çəpər əyriliyindən əziyyət çəkir - ŞİKAYƏT/VİDEO

593072

2380 manat ödədi,əməliyyatdan sonra burununda fəsad yarandı.

Bizim.Media xəbər verir ki, paytaxt sakini Firuzə Əliyeva iddia edir ki, burun çəpər əyriliyi  və rinoplastika əməliyyatından sonra beynində travma yaranıb, gözləri zəifləyib, nəfəs alması çətinləşib. Bundan başqa burun dəliklərininin kanlları arasında iltihablaşa başlayıb.

Onun sözlərinə görə, bir il bundan əvvəl paytaxtdakı özəl klinikalardan birində lor-cərrah Babək Həsənli tərəfindən olunduğu əməliyyat fəsadsız ötüşməyib.
 

Firuzə Əliyeva iddia edir ki, əməliyyata 2380 manat xərci çıxsa da, burnundakı fəsadlaşmanın müalicəsinə yenidən 6 min mantdan çox pul xərcləyib. Elə buna görə də həkimə qarşı təzminat davası açıb.


Lor cərrah Babək Həsənli ilə də əlaqə saxladıq. O, pasiyentin iddialarına aydınlıq gətirdi. Firuzə Əliyevanın əməliyyatdan sonra tövsiyyə olunan heç bir müalicəni qəbul etmədiyini dedi.

Nəsimi rayon Prokurorluğundan “Xəzər Xəbər”ə bildirildi ki, fakt araşdırılır.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin