Açıq şəkildə satılan kələm turşusu ilə bağlı araşdırma aparılır - FOTO/VİDEO

Hazırda oxunan: Açıq şəkildə satılan kələm turşusu ilə bağlı araşdırma aparılır - FOTO/VİDEO

593049

Sosial şəbəkələrdə yayılan görüntülərdə açıq satışda olan kələm turşusu məhsulunun rənginin süni şəkildə dəyişdirilməsi ilə bağlı iddialar irəli sürülüb. Məsələ Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb.

Bizim.Media xəbər verir ki, aparılan araşdırmalar çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli bazarı” və bazarətrafı ərazidə nəzarət tədbirləri həyata keçirilib.

Rəngləyici xammaldan və məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəticələrlə bağlı əlavə məlumat veriləcək. 
 

AQTA istehlakçıları qida məhsulları alarkən diqqəti olmalarını və mənşəyi məlum olmayan məhsulları istehlak etməməyi tövsiyə edir. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilər.


Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin