Bakıda məşhur restoranın sahibi saxlanıldı – VİDEO

Hazırda oxunan: Bakıda məşhur restoranın sahibi saxlanıldı – VİDEO

592752

Bakıda məşhur "Grill House" restoranının sahibi Orxan Qarayev saxlanılıb.

Bizim.Media xəbər verir ki, restoran sahibi tərəfindən 20 nəfər işçinin maaşını verməməsi ilə bağlı şikayət olunmuşdu.
 

Şikayətçilər bildirirdilər ki, icarədar məkanın bağlanmasını bəhanə edərək maaşın ödənilməsini gecikdirir.


Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı polis leytenantı Cəsarət Qənbərli “Oxu.az”a bildirib ki, qeyd edilən məsələ ilə bağlı işçilərin müraciətləri əsasında Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılıb:

"Həmin şəxs 38 yaşlı O.Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb. İşçiləri narahat edən halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür".

Ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin