Venesuelada daha 104 siyasi məhbus azadlığa buraxıldı - VİDEO

Hazırda oxunan: Venesuelada daha 104 siyasi məhbus azadlığa buraxıldı - VİDEO

592728

Venesuelada daha 104 siyasi məhbus azad edilib.

Bizim.Media xəbər verir ki, bunu Venesuelanın aparıcı hüquq müdafiə təşkilatı “Foro Penal”ın rəhbəri Romero bildirib.

Onun sözlərinə görə, bu rəqəm son deyil və arta bilər, çünki hüquq müdafiəçiləri azadlığa buraxılan şəxslərlə bağlı məlumatları araşdırmaqda davam edirlər.

Hüquq müdafiəçilərinin məlumatına əsasən, 8 yanvardan etibarən Venesuelada ümumilikdə 156 siyasi məhbus azadlığa çıxıb.

Bundan əvvəl ölkədəki siyasi məhbusların ümumi sayı 811 nəfər olaraq qiymətləndirilib, onların arasında 80-dən çox xarici vətəndaş da olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin