Ölkənin cənubunda elektrik enerjisi nə zaman bərpa olunacaq - VİDEO

Hazırda oxunan: Ölkənin cənubunda elektrik enerjisi nə zaman bərpa olunacaq - VİDEO

591766

Ölkə ərazisində dağlıq rayonlara yağan aramsız qar cənub regionunda, xüsusi ilə də Lerik rayonunun bəzi dağ kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb. 

Bizim.Media xəbər verir ki, “Azərişıq” ASC yaranan problemlə bağlı məlumat yayıb.

Bildirilib ki, buna səbəb ağır qar kütləsinin ağacları qıraraq yüksək gərginlikli xətlərin üzərinə aşırması və nəticədə qəzaların yaranmasıdır:
 

“Qar bağlayan yollarda bir neçə gündür nəqliyyatla hərəkət etmək, dağ kəndlərinə getmək demək olar ki, mümkünsüzdür. Üstəlik aşan ağacları kəsib götürmək də “Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır.


Şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları  böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün bir neçə gündür fasiləsiz çalışır.  Artıq bir çox kəndlərdə enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin