Qobu sakinlərinin yol problemi: "KÜÇƏLƏR KEÇİLMƏZ VƏZİYYƏTDƏDİR" – VİDEO

Hazırda oxunan: Qobu sakinlərinin yol problemi: "KÜÇƏLƏR KEÇİLMƏZ VƏZİYYƏTDƏDİR" – VİDEO

591563

Abşeron rayonunun Qobu qəsəbəsində yolların keçilməz vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
 

Qeyd olunub ki, xüsusilə yağıntılı hava şəraitində yollar palçıqla örtülür, gölməçələr əmələ gəlir, nəticədə nəqliyyat vasitələrinin və piyadaların hərəkəti çətinləşir.


"Yollar keçilməz vəziyyətdədir. Bir çox ərazilərdə vətəndaşlar öz vəsaitləri hesabına müəyyən işlər görməyə çalışıblar, amma aidiyyəti qurumlar tərəfindən hər hansı addım atılmır", - deyə şikayətdə qeyd olunur.

Mövzu ilə bağlı Abşeron Rayonu İcra Hakimiyyətindən oxu.az-a bildirilib ki, sözügedən ərazilər Səməd Vurğun və Səməd Ağamalıoğlu küçələridir:

"Kommunal xidmət qurumları tərəfindən həmin küçələrdə müvafiq təmir işləri aparılıb. Təmir işləri başa çatandan sonra havaların düzəlməsi gözlənilir ki, əraziyə asfalt vurulsun. Yağmurlu hava şəraiti bitdikdən sonra asfalt vurulması üçün əlverişli olduğu zaman sözügedən küçələr əvvəlki formasına qaytarılacaq".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin