Bu ərazidə körpü uçdu - Sakinlər çətin vəziyyətdə - VİDEO

Hazırda oxunan: Bu ərazidə körpü uçdu - Sakinlər çətin vəziyyətdə - VİDEO

591424

Bir aya yaxındır Sabirabadın Sərxanbəyli kəndinin, eləcə də bir neçə yaşayış məntəqəsinin yolu kəsilib. 

Bizim.Media xəbər verir ki, buna səbəb isə yolun üzərindəki körpünün uçmasıdır.
 

Körpünün uçması kənd sakinlərini çıxılmaz vəziyyətdə qoyub. Belə ki, nəqliyyat vasitələri ilə qarşı tərəfə keçid məhdudlaşıb. Nəticədə sakinlər digər kəndlərə və əkin sahələrinə getmək üçün kilometrlərlə yol qət etməli olurlar.


Sakinlər İctimai TV-yə bildiriblər ki, bu, vaxt itkisidir və insanlar üçün çətinlik yaradır.

Aşağı Muğan Meliorasiya İdarəsindən məlumat verilib ki, məsələ ilə bağlı alternativ yol hazırlanır. Həmçinin körpünün yenidən bərpası ilə bağlı aidiyyəti qurumlara göstəriş verilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin