“Chevrolet”lə avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ - VİDEO

Hazırda oxunan: “Chevrolet”lə avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ - VİDEO

591409

Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Chevrolet Cobalt” markalı 90-YL-765 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kənan İmanzadə saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, o, Xırdalan şəhərində yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradıb.
 

Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsi idarəetmə hüququnun olmadığı da müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək məhkəməyə göndərilib.


Məhkəmənin qərarı ilə sürücü K.İmanzadə 15 sutka inzibati qaydada həbs edilib.




Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin