“Son illərdə Hindistanda müsəlmanların, həmçinin xristianların təzyiqə məruz qalması halları artıb”.
Bunu Bakıda “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən Pəncab hökumətinin insan hüquqları və azlıqların işləri üzrə naziri Rameş Singh Arora jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, tədbirdə Kanada, Böyük Britaniya, Avropa və Pakistandan olan zikh diasporunun nümayəndələri iştirak ediblər ki, onlar təkcə zikhlərə qarşı deyil, həm də digər azlıqlara - müsəlmanlara, dalitlərə və xristianlara qarşı insan hüquqlarının pozulması məsələsini qaldırıblar.
O əlavə edib ki, zikh icması 1984-cü il hadisələri ilə bağlı ədaləti, həmçinin onilliklər boyunca müvafiq məhkəmə araşdırması olmadan həbsdə olan şəxslərin azad edilməsini tələb edir.
R.Arora, həmçinin BTQ-nin fəaliyyətini yüksək qiymətləndirib, insan hüquqları mövzusuna diqqət göstərdikləri üçün onun rəhbərliyinə, Azərbaycan xalqına və media nümayəndələrinə təşəkkürünü bildirib.
Bizim.Media





























































































