İsraildə hərbi helikopter yerə çırpıldı – ANBAAN VİDEO

Hazırda oxunan: İsraildə hərbi helikopter yerə çırpıldı – ANBAAN VİDEO

591106

İsrail ordusuna məxsus Black Hawk hərbi helikopteri Qüş-Etsion bölgəsində (Qüds yaxınlığında) daşınma zamanı yerə çırpılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Məlumata görə, helikopter texniki nasazlıq səbəbindən daha əvvəl məcburi eniş edib və evakuasiya olunmalı idi.

Nasaz helikopterin daşınması üçün “Yasur” tipli nəqliyyat helikopterindən istifadə olunub. “Black Hawk” xüsusi troslar vasitəsilə “Yasur”un xarici asqısına bərkidilərək havaya qaldırılıb. Lakin daşınma prosesi zamanı helikopter troslardan ayrılıb və təxminən 10 metr hündürlükdən yerə düşüb.
 

Hadisə zamanı helikopterin içində heç kim olmayıb. O, açıq əraziyə düşdüyü üçün insanlara və tikililərə zərər vurmayıb.


İsrail Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Tomer Bar insidentin səbəblərini araşdırmaq üçün daxili istintaq komissiyasının yaradılması barədə göstəriş verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin