"BakuBus"ın sürücüsü sərnişinləri niyə yolda qoydu? - RƏSMİ AÇIQLAMA/VİDEO

Hazırda oxunan: "BakuBus"ın sürücüsü sərnişinləri niyə yolda qoydu? - RƏSMİ AÇIQLAMA/VİDEO

591072

Sosial şəbəkələrdə bu gün 2 nömrəli avtobusun sürücüsünün nəqliyyat vasitəsini sürməkdən imtina etməsi ilə bağlı görüntülər paylaşılıb.

Bizim.Media Oxu.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində sərnişinlər yolda qalıblar.
 

Məsələ ilə bağlı Bakı Bus MMC-dən bildirilib ki, bəzi hallarda sürücü ilə sərnişin arasında baş verən insidentlər zamanı sürücünün özünü pis hiss etməsi, emosional gərginlik yaşaması kimi hallar müşahidə edilə bilər:


"Sürücü ilə sərnişin arasında baş vermiş mübahisə zamanı sürücü Daxili İşlər Nazirliyinin "102" xidməti ilə əlaqə saxlayıb, təxminən 15-20 dəqiqə sonra isə hərəkətini bərpa edib.

Qeyd etdiyimiz kimi, məsələ avtobusdaxili videomüşahidə kameralarının görüntüləri əsasında araşdırılacaq. Araşdırma yekunlaşdıqdan sonra hadisə ilə bağlı ətraflı qiymətləndirmə aparılacaq və əlavə məlumat təqdim ediləcək.

Eyni zamanda, ictimai nəqliyyatdan istifadə zamanı mövcud qaydalara riayət olunmasını, sürücülərin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı əlavə suallar və mübahisələr yaradılmamasını, eləcə də sürücülərin daşıdığı yüksək məsuliyyətin nəzərə alınmasını xahiş edirik".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin