Köhnə Bakının "sosial şəbəkələri" - İnsanlar bu sütunların ətrafına niyə yığışırdılar? – VİDEO

Hazırda oxunan: Köhnə Bakının "sosial şəbəkələri" - İnsanlar bu sütunların ətrafına niyə yığışırdılar? – VİDEO

591053

Azərbaycan teatr tarixində xüsusi yeri olan “Ordan-burdan” satirik tamaşasında yəqin ki, bu səhnəni görmüsünüz: şəhərin mərkəzi küçəsində insanlar məlumat sütununun ətrafına toplaşıblar, bir nəfər ucadan axşam afişasını oxuyur. Bu səhnə, köhnə Bakının unudulmuş bir şəhər mədəniyyətini xatırladır. 

Bir zamanlar Bakının “danışan” divarları sayılan bu sütunlar XX əsrin əvvəllərində şəhərin mərkəzi küçələrində qoyulurdu. 

Avropa ilə Şərqin qarışığı olan bu şəhərdə informasiya elə küçənin özündə yaşayırdı. Bu silindr formasında olan məlumat sütunlarında teatr və sirk tamaşalarının afişaları, elanlar, qəzet başlıqları yerləşdirilirdi. Bu gün telefon ekranında sürüşdürüb oxuduğumuz xəbərlər vaxtilə həmin sütunların üzərində yaşayırdı. 

Bu sütunlar Bakının o zamankı sosial şəbəkəsi idi...

Bizim.Media-nın “Daş Şahidlər” rubrikasının ikinci buraxılışı “Litfas sütunları”na həsr olunub.

Daha ətraflı videoda:


Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin