32 saylı bağçada yeməklər valideynlər tərəfindən hazırlanır? - VİDEO

Hazırda oxunan: 32 saylı bağçada yeməklər valideynlər tərəfindən hazırlanır? - VİDEO

590821

Yasamal rayonunda yerləşən 32 saylı uşaq bağçasında aşpazların işdən çıxarılması ilə bağlı narazılıq yaranıb.

Bizim.Media xəbər verir ki, bağçada uzun illər çalışdıqlarını bildirən aşpazlar iddia edirlər ki, onlar qanunsuz olaraq işdən azad ediliblər.

8 il həmin bağçada aşpaz işlədiyini deyən Rəhilə Mehdiyeva iddia edir ki, hazırda onların yerinə uşaqlar üçün yeməklər bağçada çalışan iki əməkdaşın valideynləri tərəfindən hazırlanır.

Onun iddiasına görə, istifadəyə yayarsız əti bişirməyə etiraz edib və həmin əti "Depot" MMC-yə göndəriblər. Çünki iki il əvvəl bağçada işləyən aşpazlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin balansından çıxarılaraq "Depot" MMC-yə işə götürülüblər.
 

32 saylı uşaq bağçasının müdir əvəzi Nurlanə Rzayeva  isə deyir ki, ona bu vəzifə sentyabr ayında həvalə edilib  və heç bir əməkdaşı işdən çıxarmayıb.


Nurlanə Rzayeva onu da bildirdi ki, körpələr evi-uşaq bağçasında kənar şəxlər tərəfindən yemək bişirilməsi iddiası əsassızdır. "Dost" Xidməti  tərəfindən bağçaya yeni aşpazlar göndərilib və onlar artıq vəzifələrinin icrasına başlayıblar.

Məsələyə aydınlıq  gətirmək məqsədi ilə "Depot" MMC-lə əlaqə saxlanıb. Telefonu açsalar da, suallara aydınlıq gətirməkdən imtina etdilər.

Qida Təhlükəsizliyi Agentliyindən sorğuya cavab olaraq bildirildi ki, daxil olan müraciət əsasında bağçada yoxlama keçirilib. Baxış zamanı məhsulların temperatur rejiminə, mal qonşuluğuna və istifadəyə yararlılıq müddətlərinə əməl olunduğu, istehlaka təqdim edilən çiy mal ətindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində isə hər hansı uyğunsuzluğun aşkar olunmadığı müəyyən edilib.
 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirildi ki, bağçanın sabiq aşpazları ilə yenidən əmək müqaviləsinin bağlanmaması onların işlədikləri müddət ərzində davamlı olaraq nizam-intizam qaydalarını və bağçanın normal iş rejimini pozmaları ilə əlaqədardır.


Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında: 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin