Yanvarın 8-də Nizami rayon sakini olan bir nəfər polisə müraciət edərək ictimai nəqliyyatda tanımadığı şəxslərin onu təqib etdiklərini və avtobusdan düşərkən onun mobil telefonunu alaraq hadisə yerindən uzaqlaşdıqlarını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan üç nəfər müəyyən olunaraq saxlanılıb.
Həmin şəxslərin zərərçəkəni təqib etmələri və hadisəni törətməsi kameralar vasitəsilə də qeydə alınıb.
Faktla bağlı araşdırmalar aparılır.
Bizim.Media

































































































