Bələdiyyə ilə sakinlər arasında qalmaqal: BORC YAZILDI - VİDEO

Hazırda oxunan: Bələdiyyə ilə sakinlər arasında qalmaqal: BORC YAZILDI - VİDEO

590102

Bir qrup sakin bələdiyyə tərəfindən əvvəlcədən heç bir rəsmi bildiriş almadan adlarına borc yazıldığını iddia edirlər.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı İctimai TV süjet hazırlayıb.

Süjetdə sakinlər iddia edirlər ki, sonradan təqdim olunan sənədlərdə borca faiz də əlavə edildiyi məlum olub.

Onların sözlərinə görə, sözügedən borcun yaranması ilə bağlı onlara nə yazılı xəbərdarlıq edilib, nə də hər hansı izahat verilib. Nəticədə uzun müddət xəbərsiz qaldıqları borc məbləği faizlər hesabına daha da artıb.
 

Məsələ ilə bağlı narazılığını ifadə edən vətəndaşlar bu yanaşmanı qanunsuz və ədalətsiz hesab etdiklərini deyiblər. Onlar borcun hansı əsasla hesablandığını və faiz tətbiqinin nəyə görə aparıldığını başa düşmədiklərini vurğulayıblar.


Reportajda həmçinin qeyd olunur ki, sakinlər problemin həlli üçün aidiyyəti qurumlardan aydın izahat və hüquqi qiymət gözləyirlər. Mövzu ictimai müzakirələrə səbəb olub və bələdiyyələrin maliyyə şəffaflığı məsələsini yenidən gündəmə gətirib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin