“Space TV”nin efirində yayımlanan “Gəl danış” proqramında aparıcı Amil Xəlilin səsləndirdiyi fikirlərə görə kanalın yayımı 3 saatlıq dayandırılacaq.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, keçən ilin 25 dekabr tarixində "Space TV" kanalında yayımlanan "Gəl, danış" proqramında aparıcının çıxışı Şuranın iclasında müzakirə olunub.
Şura üzvlərinin ümumi fikrinə əsasən yayım zamanı aparıcı tərəfindən mənşə ayrı-seçkiliyi təbliğ olunmuş və "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulmuşdur.
"Space TV" kanalına bu istiqamətdə (ayrı-seçkiliyin təbliği hallarına yol verilməsi) keçən il ərzində xəbərdarlıq elan olunduğu nəzərə alınaraq Audiovizual Şura bu dəfə "Space TV" televiziya kanalının yayımının 14 yanvar 2026-cı il tarixdə saat 12:00-dan saat 15:00-dək 3 saatlıq dayandırılması barədə qərar verib.
Xatırladaq ki, aparıcı sözügedən televiziya verilişində bölgələrdən gələrək paytaxtda yerləşən universitetlərdə təhsil alan tələbələrin, xüsusilə bəzi qızların əxlaqsızlıq etdiyini bildirib.
Aparıcı efir vasitəsilə valideynlərə çağırış edərək övladlarını bölgələrdəki özlərinə yaxın ali təhsil müəssisələrinə yerləşdirilməsini təklif edib:
“Bu yaxınlarda şəhərdə idim, elə biabırçılıqlar, elə oyunlar görürəm ki... Valideynlər mal-qara saxlayıb, zülm çəkirlər. Bunu edənlərin 99 faizi tələbələrdir. Əgər Astaradansansa, qızını qoy Lənkəran Dövlət Universitetinə, Tovuz və Qazaxdasansa, qızını Gəncə Dövlət Universitetinə qoy, Yevlaxdasansa qızını Mingəçevir Dövlət Universitetinə qoy. Qızını nəyə Bakıya göndərirsiz?!”, deyə aparıcı deyib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Multimedia
17:28 / 09.01.2026
Amil Xəlilin rayonlardan gələn tələbə qızlarla bağlı dediklərinə görə “Space TV” cəzalandırıldı - VİDEO
Hazırda oxunan: Amil Xəlilin rayonlardan gələn tələbə qızlarla bağlı dediklərinə görə “Space TV” cəzalandırıldı - VİDEO
Hazırda oxunan: Amil Xəlilin rayonlardan gələn tələbə qızlarla bağlı dediklərinə görə “Space TV” cəzalandırıldı - VİDEO
589888
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































