İranın ali rəhbəri Əli Xamenei ölkədəki etirazlara münasibət bildirib.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, o İslam Respublikasının etirazlar və xarici təsirlər qarşısında geri çəkilməyəcəyini vurğulayıb.
Xamenei iddia edib ki, İslam Respublikası yüz minlərlə şərəfli insanın qanı ilə hakimiyyətə gəlib və təxribatçılar qarşısında mövqeyini qoruyacaq.
“Hər kəs bilməlidir ki, İslam Respublikası geri çəkilməyəcək”, - deyə, Xameneyi bildirib.
Qeyd edək ki, dekabrın sonlarından etibarən İranın müxtəlif şəhərlərində genişmiqyaslı nümayişlər keçirilir. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirirlər və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Keçmiş şahın oğlu Şahzadə Rza Pəhləvinin rəhbərlik etdiyi xarici müxalifət cümə axşamı günü yeni tətillər və nümayişlər çağırışı edib.
Hazırki nümayişlər İranda 2022-2023-cü illərdə qadınlar üçün geyim qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı fəal Məhsa Əminin ölümündən sonra baş verən iğtişaşlardan bəri ən böyük etirazlardır.
Bizim.Media






























































































