Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin tərəfindən “Opel” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Yaxınlıqda yerləşən obyekt və yaşıllıq sahə yanğından mühafizə olunub.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
10:22 / 09.01.2026
Bakıda avtomobil yandı – VİDEO
Hazırda oxunan: Bakıda avtomobil yandı – VİDEO
Hazırda oxunan: Bakıda avtomobil yandı – VİDEO
589805
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































