Salyanda ağır QƏZA: Ölən və yaralılar var – ADLAR - FOTO/VİDEO

Hazırda oxunan: Salyanda ağır QƏZA: Ölən və yaralılar var – ADLAR - FOTO/VİDEO

589112

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, rayonun Noxudlu kəndində iki “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində ölənlər və xəsarət alanlar var.

Qəzada ölənlər Sabirabad rayon sakinləri, 1965-ci il təvəllüdlü Vüqar İmanov və 1994-cü il təvəllüdlü Coşqun Məmmədovdur.

Xəsarət alanların Sabirabad rayon sakinləri, 1985-ci il təvəllüdlü Mirzağa Məmmədov, onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Pərvanə Məmmədova, qızları 2011-ci il təvəllüdlü Fatimə Məmmədli və 2011-ci il təvəllüdlü Tərlan İmanov (qəzada ölən Vüqar İmanovun oğlu) olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin