Bakıda kuryerin öldüyü dəhşətli qəzanın təfərrüatı - Video

Hazırda oxunan: Bakıda kuryerin öldüyü dəhşətli qəzanın təfərrüatı - Video

589065

Yanvarın 3-ü saat 01 radələrində Nəsimi rayonu Ceyhun Səlimov küçəsində “İveco” markalı təcili tibbi yardım avtomobili ilə motosiklet toqquşub.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, hadisə zamanı motosikletin 29 yaşlı sürücüsü Mehdi M. hadisə yerində həlak olub.

Qəza nəticəsində ambulansın sürücüsü və 2 sərnişin də xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
 

Bildirilib ki, hadisə zamanı təcili tibbi yardım avtomobili yüksək sürətlə hərəkət edirmiş. Faciəvi şəkildə ölən Mehdi restoranda kuryer kimi çalışırmış. Onun 10 aylıq körpəsi qalıb.


Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin