Bakıda binanın fasadı uçdu – Anbaan VİDEO

Hazırda oxunan: Bakıda binanın fasadı uçdu – Anbaan VİDEO

588611

Nərimanov rayonu ərazisində “Tadım Dönər” obyektinin yerləşdiyi binada təhlükəli vəziyyət yaranıb.

Bizim.Media Bakues.az-a istinadən xəbər verir ki, “Metropark” ticarət mərkəzi ilə üzbəüz yerləşən binanın fasad üzlüyü əlverişsiz hava şəraiti - sulu qar və güclü külək nəticəsində qismən zədələnib.

Şahidlərin bildirdiyinə görə, binanın divarındakı üzlük elementlərinin boşalması ərazidən keçən vətəndaşlar üçün risk yaradır.

Məsələ ilə bağlı müvafiq qurumların təhlükəsizlik tədbirləri görməsi tövsiyə olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin