Bölgəyə ilin İLK qarı yağır – FOTO/VİDEO

Hazırda oxunan: Bölgəyə ilin İLK qarı yağır – FOTO/VİDEO

588561

Bu gün səhər saatlarından başlayaraq Şimal-Qərb rayonlarına qar yağır. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səhər saatlarından başlayaraq Şimal-Qərb rayonlarında hava şəraiti dəyişib, temperatur mənfiyə düşüb və qar yağmağa başlayıb.  

Hazırda bölgənin yüksək dağlıq ərazilərində qarın qalınlığı 6-8 sm, dağətəyi kəndlərdə 4-5 sm, aranda isə cüzi qar müşahidə olunur. 
 

Bölgə rayonlarından keçən avtomobil yollarında hələlik nə donma, nə də digər problemlər müşahidə olunur. Bəzi yerlərdə xəfif külək əsərək qarın sürətini dəyişir. 


Verilən məlumatlara görə qarın gün ərzində fasiələrlə yağacağı gözlənilir. Axşam isə yollarda əsasən də körpü və keçidlərdə buzbağlama müşahidə olunacaq. 












Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin