Bakı-Sumqayıt yolundakı QƏZANIN təfərrüatı – VİDEO

Hazırda oxunan: Bakı-Sumqayıt yolundakı QƏZANIN təfərrüatı – VİDEO

587969

Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Bizim.Media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə dekabrın 29-u 03:00-da baş verib.

Qeyd edilib ki, hadisə Bakı-Sumqayıt yolunun 17-ci kilometrliyində olub:

"Bakı istiqamətində hərəkətdə olan 99-FP-276 nömrə nişanlı Nurlan Umudvar oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetməni itirərək işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobil və işıq dirəyi aşıb. Bu zaman eyni istiqamətdə hərəkətdə olan 19-AB-189 nömrə nişanlı, Samir Ənvər oğlu İsmayılovun idarə etdiyi MAN markalı nəqliyyat vasitəsi, həmçinin 99-UF-652 nömrə nişanlı "Opel" aşmış işıq dirəyinə çırpılıb". (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin