Heydər Əliyev prospektində ağır qəza: Xəsarət alanalar var – VİDEO

Hazırda oxunan: Heydər Əliyev prospektində ağır qəza: Xəsarət alanalar var – VİDEO

587902

Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, qəza “KİA” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.
 

Hadisə zamanı hər iki avtomobilin sürücüsü və sərnişinləri müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.


Əraziyə dərhal Dövlət Yol Polisi və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərilib və onlar xəstəxanaya çatdırılıblar.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (Apa.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin