Sərnişin qatarı qəzaya uğradı: 13 ölü, 98 yaralı var – VİDEO

Hazırda oxunan: Sərnişin qatarı qəzaya uğradı: 13 ölü, 98 yaralı var – VİDEO

587900

Meksikada sərnişin qatarı qəzaya uğrayıb.

Bizim.Media "Reuters"ə istinadən xəbər verir ki, hadisə ölkənin cənubundakı Oaxaka ştatında baş verib.

250 nəfəri daşıyan qatarın relsdən çıxması nəticəsində azı 13 nəfər ölüb.
 

Meksika Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Nizanda qəsəbəsi yaxınlığında qəzaya uğrayan qatarda 9 nəfər heyət üzvü və 241 sərnişin olub.


Hadisə nəticəsində 98 nəfər xəsarət alıb, onlardan 36-sı xəstəxanaya yerləşdirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin