AKINCI yeni sursatlarla hədəfləri BELƏ MƏHV ETDİ - VİDEO

Hazırda oxunan: AKINCI yeni sursatlarla hədəfləri BELƏ MƏHV ETDİ - VİDEO

587812

Türkiyənin ən güclü zərbə PUA-larından biri olan Bayraktar AKINCI yeni nəsil döyüş sursatlarının sınağını uğurla həyata keçirib.

Bizim.Media xəbər verir ki, bir uçuş çərçivəsində iki fərqli tipli yüksək dəqiqlikli döyüş başlığı eyni anda yoxlanılıb və hər ikisi birbaşa hədəfə dəymə nəticəsi göstərib.
 

Sınaqlar zamanı istifadə olunan TOLUN-F sursatı əsasən canlı qüvvə və zirehsiz texnikaya qarşı nəzərdə tutulub. Parçalanma təsirinə malik bu döyüş başlığı açıq sahədə yerləşən hədəflər üçün yüksək effektivlik nümayiş etdirib.


Digər sursat - TOLUN + ASAF partladıcısı isə tamamilə fərqli imkanlar ortaya qoyub.

Bu kombinasiya beton konstruksiyaları deşərək hədəfi məhv etməyə qadirdir. Mütəxəssislərin fikrincə, bu silah bunkerələrə, yeraltı sığınacaqlara və qalın beton divarlara qarşı xüsusi üstünlük yaradır.

Sınaqların nəticələri göstərir ki, Bayraktar AKINCI artıq təkcə hava hədəfləri və açıq mövqelər üçün deyil, həm də möhkəmləndirilmiş hərbi obyektlərə qarşı effektiv zərbə vasitəsinə çevrilib. Bu isə Türkiyənin pilotsuz aviasiya sahəsində texnoloji və hərbi üstünlüyünü bir daha təsdiqləyir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin