Ağdərədə yollar xüsusi texnikalarla təmizlənir - FOTO/VİDEO

Hazırda oxunan: Ağdərədə yollar xüsusi texnikalarla təmizlənir - FOTO/VİDEO

587806

Ağdərə rayonuna güclü qar yağıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, intensiv qar yağışı bəzi istiqamətlərdə hərəkətdə qismən çətinliklər yaratsa da, xidmətin balansında olan xüsusi texnikalar vasitəsilə avtomobil yolları operativ şəkildə qardan təmizlənib. 

Yol infrastrukturu nəzarətdə saxlanılır, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə yollara qum və buz əleyhinə maddələr səpilib.

Görülən tədbirlər nəticəsində avtomobillərin hərəkəti tam təmin olunub. Mövcud hava şəraitinə baxmayaraq, rayon ərazisində elektrik enerjisi, təbii qaz və içməli su təchizatında hər hansı problem qeydə alınmayıb. 

Əhali fasiləsiz olaraq kommunal xidmətlərlə təmin edilir. Hazırda aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin