Binə qəsəbəsində qrunt suları və kanalizasiya problemi nə vaxt həll olunacaq? - VİDEO

Hazırda oxunan: Binə qəsəbəsində qrunt suları və kanalizasiya problemi nə vaxt həll olunacaq? - VİDEO

587773

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində həyətləri su basıb.

Bizim.Media "Xəzər TV"yə istinadən xəbər verir ki, ərazidə yollar və həyətlər su altında qalıb, nəqliyyatın və piyadaların hərəkəti xeyli çətinləşib.

Sakinlərin sözlərinə görə, onlar uzun müddətdir bu problemlə üzləşirlər.

Bildirilir ki, ərazidə kanalizasiya sisteminin olmaması qrunt və çirkab suların həyətlərə və yollara axmasına səbəb olur.
 

Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyinə müraciət edilib. Qurumdan bildirilib ki, mərkəzləşdirilmiş tullantı su şəbəkəsi olmayan ərazilərdə, o cümlədən Binə qəsəbəsində kanalizasiya sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb.


Qeyd olunub ki, sistemin inşası tədbirlər planına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin