Moskvada general maşınında partladıldı – FOTO/VİDEO

Hazırda oxunan: Moskvada general maşınında partladıldı – FOTO/VİDEO

586783

Moskvanın Yasenevo rayonunda yaşayış binasının həyətində avtomobil partlayıb.

Bizim.Media xəbər verir ki, sakinlər səhər tezdən güclü partlayış səsi eşidiblər. Fövqəladə xidmətlərin məlumatına görə, bir nəfər xəsarət alıb. Partlayışın səbəbləri dəqiqləşdirilir, hadisə yerində operativ xidmətlər işləyir.

Əldə edilən son məlumata görə, avtomobilin partlaması təxminən saat 06:55-də baş verib, hadisə zamanı maşın hərəkətdə olub.

Şahidlərin sözlərinə görə, əvvəlcə dron vurulduğunu zənn ediblər — güclü partlayış olub, lakin yanğın baş verməyib. Xəsarət alan kişi sağ qalıb, hazırda onu reanimasiyada həyata qaytarmağa çalışırlar. Yerli sakinlərin bildirdiyinə görə, o, hərbçidir, lakin bununla bağlı rəsmi təsdiq hələlik yoxdur.

Avtomobil partlayışının ilkin səbəbi kimi əldəqayırma partlayıcı qurğu göstərilir.
 

İstintaqın versiyasına görə, qurğu “ Kia Sorento” markalı avtomobilin alt hissəsinə yerləşdirilib və hərəkət başladıqdan bir neçə saniyə sonra işə düşüb. Faktla bağlı cinayət işi açılıb.


56 yaşlı kişi çoxsaylı qəlpə yaraları və sınıqlar alıb, vəziyyəti son dərəcə ağır qiymətləndirilir.

İstintaq Komitəsinin məlumatına görə, partlayışda xəsarət alan Rusiya Silahlı Qüvvələrinin əməliyyat hazırlığı idarəsinin rəisi, general-leytenant Fanil Sarvarovdur. Onun həlak olduğu deyilir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin