Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Hazırda oxunan: Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

586645

Ukraynanın “ATEŞ” partizanları Rostov-na-Donu yaxınlığında Rusiyanın mühüm dəmir yolu qovşağına zərər vurublar.

Bizim.Media xəbər verir ki, Bataysk şəhərində rele şkafları yandırılıb, nəticədə logistika habının fəaliyyəti pozulub.

Məhz bu qovşaq vasitəsilə Rusiya Xerson, Donetsk və Zaporojye istiqamətlərindəki qruplaşmaları üçün texnika, yanacaq, sursat və şəxsi heyəti olan hərbi eşelonları köçürür.

Diversiya səbəbindən gecikmələr və tədarük zəncirində fasilələr yaranıb, işğalçılar üçün təminat pozulub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin