Biləsuvarın İsmətli kəndində xəstəlikdən öldüyü deyilən 72 yaşlı qadının qətlə yetirilməsinin bəzi təfərrüatı ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, kənd sakini Almaz Cəfərovanın ölümündən təxminən 40 gün sonra məlum olub ki, qadın gəlini 30 yaşlı Gülbəniz Həsənzadə və onun qardaşı 25 yaşlı Qasım Həsənov tərəfindən öldürülüb.
MÖVZU İLƏ BAĞLI:
Biləsuvarda gəlini tərəfindən öldürülən qadının qətli kameraya düşübmüş – Dəhşətli DETALLAR - FOTO
"Bu hadisə ilə bağlı şübhələrim var idi. Meyiti yuyanda boynunda, boğazında izlər görmüşdüm. Əl-qolunu bağlayaraq boğublarmış", - deyə mərhumun qohumu bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Almaz Cəfərovanın boğularaq öldürülməsi müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun gəlini və onun qardaşı saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, mərhumun nəşi ekshumasiya üçün məzardan çıxarılıb. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Ətraflı Baku TV-nin videomaterialında:
Bizim.Media



























































































