Oğurluq etdiyi deyilən uşağı kəndirlə bağlayıb VİDEOYA ÇƏKDİ

Hazırda oxunan: Oğurluq etdiyi deyilən uşağı kəndirlə bağlayıb VİDEOYA ÇƏKDİ

585162

Türkiyədə bazarda idman geyimi oğurladığı iddia edilən 9 yaşlı uşaq satıcı tərəfindən tutularaq kəndirlə bağlanıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Sarıyer rayonunda yerləşən bazarda baş verib. 

Bir müddət sonra malı geri alan satıcı uşağı buraxıb, lakin həmin anları mobil telefonu ilə lentə alıb.

Görüntülərin ortaya çıxmasından sonra faktla bağlı araşdırma aparılıb. Sosial şəbəkədə yayımlanan görüntülər əsasında aparılmış araşdırmalar nəticəsində uşağın kimliyi müəyyən edilib.
 

Uşağı kəndirlə bağlayan və həmin görüntüləri sosial şəbəkələrdə paylaşdığı müəyyən edilən 3 nəfər saxlanılıb, azyaşlı isə qorunma altına alınıb.


Saxlanılan şəxslər haqqında “Uşaq oğurluğu” maddəsi üzrə cinayət işi başladılıb. Hadisə sosial şəbəkələrdə müzakirələrə və tənqidlərə səbəb olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin