Paraşütü təyyarənin qanadına ilişdi, belə xilas oldu – VİDEO

Hazırda oxunan: Paraşütü təyyarənin qanadına ilişdi, belə xilas oldu – VİDEO

585134

Avstraliyanın şimal-şərqindəki Kvinslenddə paraşütlə tullanma zamanı qorxulu anlar yaşanıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, paraşütçü 4,5 km-dən tullanarkən ehtiyat paraşüt təyyarənin qanadına ilişib və 1000 metr hündürlükdə asılı qalıb.

Paraşütçü bıçağı ilə ipləri kəsərək özünü xilas edə bilib və yüngül xəsarətlərlə yerə enib.
 

Hadisə Subtropik Tulli Hava Limanı yaxınlığında baş verib. Kvinslenddə yerləşən Far North Freefall klubu tərəfindən təşkil edilən 16 nəfərlik qrup tullanışı zamanı təyyarədən ilk tullananın ehtiyat paraşüt dəstəyi hava gəmisinin qanad və quyruq hissəsinə ilişib. 


Paraşütçünün ehtiyat paraşütü təyyarənin stabilizatoruna ilişərək sol üfüqi stabilizatora ciddi ziyan vurub. Pilot əvvəlcə təyyarədə nasazlıq olduğunu düşünüb və güc parametrlərini tənzimləyib. Vəziyyətdən xəbər tutan təyyarə "mayday" siqnalı verib, lakin daha sonra Tully hava limanına təhlükəsiz şəkildə eniş edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin