Türkiyənin Antalya vilayətinin Serik rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.
Bizim.Media AFAD-a istinadən xəbər verir ki, təkanlar yerli vaxtla 13.21-də, 28,25 km dərinlikdə qeydə alınıb.
İlkin məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və tələfat qeydə alınmayıb.
Qeyd edək ki, zəlzələ anı Serik rayonunda yerləşən ofislərdən birinin təhlükəsizlik kamerası tərəfindən anbaan lentə alınıb.
Həmin kadrları təqdim edirik:
Bizim.Media





























































































