"Çingiz xanın nəvəsinin məzarı buradadır" - VİDEO

Hazırda oxunan: "Çingiz xanın nəvəsinin məzarı buradadır" - VİDEO

584269

Baku TV-də yayımlanan "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Lerikin dağlar qoynunda yerləşən ən səssiz yaşayış məntəqələrindən biri - Cəngəmiran kəndinə səyahət edilib.

Bizim.Media xəbər verir ki, təxminən 1 200 nəfərin yaşadığı Cəngəmiran Lerikin ən sakit və təmiz havası ilə seçilən kəndlərindəndir.

Kənd sakinlərinin sözlərinə görə, Cəngəmiranın qədim qəbiristanlığında Çingiz xanın nəvəsinin məzarı olduğu deyilir. Cəngəmiranın diqqətçəkən ənənələrindən biri isə toylarla bağlıdır.

Belə ki, süfrələrin "şah"ı olan plov bişən kimi birinci balaca uşaqlar süfrəyə dəvət edilərmiş. Bu da kənddə uşaqlara verilən xüsusi dəyərin göstəricisidir. Proqram zamanı kənd sakini Rahilə nənə ilə də həmsöhbət olunub.

Məlum olub ki, o, öz yoldaşı Ulduz babadan düz 10 yaş böyükdür. Ulduz baba isə həyat yoldaşı ilə tanışlığını belə xatırlayıb:

"Pambığa getmişdim. Bu da atası ilə gəlmişdi. Orada onu bəyəndim. Bir cavan oğlan var idi, yoldaşımı istəyirdi, dedi ki, onu mənim üçün qaçırt. Mən də dedim, yox, gücün çatırsa, özün qaçırt.
 

Pambıq dərirdim, gördüm oğlan gəlir. Uzaqdan baxırdım ki, görüm nə edəcək. Qız oğlan yanına gələndə onu çırpdı yerə. Elə oradaca gözüm düşdü ona. Anamı göndərdim, elçiliyə getdik, sonra toy etdik".


Daha ətraflı Baku TV-nin videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin