Aktivistlər Londonda Tauerdə İmperator tacının saxlandığı vitrinə alma piroqu tullayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə The Guardian yazıb
Məlumata görə, dörd iştirakçıdan ikisi hadisə yerindən qaçmağa cəhd edib, lakin hamısı polis tərəfindən saxlanılıb.
Hadisə nəticəsində zinət əşyalarına zərər dəyməyib.
Bu vandalizm aktını törədən Take Back Power qrupunun nümayəndələri bildiriblər ki, aksiyanın məqsədi “yoxsulluq fonunda həddindən artıq var-dövlət probleminə” diqqət çəkməkdir.
Onlar Britaniya hökumətindən ən varlı vətəndaşlara vergi tətbiq etmək səlahiyyətinə malik “Xalq Palatası” adlı yeni bir qurum yaratmağı tələb edirlər.
Bizim.Media

































































































