Ucarda 3 maşının iştiraki ilə zəncirvari yol qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2107" , "Chevrolet" markalı minik və "Mercedes Atego" markalı yük maşını toqquşub. Hadisə zamanı ölən və xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu
























































































