Bakıda iki şəhidin məzarı qarət edildi - VİDEO

Hazırda oxunan: Bakıda iki şəhidin məzarı qarət edildi - VİDEO

581441

Şəhidlər ailələrinə onları xatırladan əşyaları, xalqımıza isə Vətənimizin bütövlüyünü əmanət ediblər. Bu əmanətə sədaqət isə hər birimizin borcudur. Hər şəhid məzarının qarşısında qoyulan güllər də, məzar önünə düzülən şəxsi əşyalar da...

Təəssüf ki, bir şəhidin müharibədə döyüş boyu ayağında olan çəkməsi, kaskası, digər şəhidin isə gitarası məzarının önündən oğurlanıb.

Bizim.Media xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında baş verib.
 

Şəhid Mayor Səyavuş Kəlbalıyevin həyat yoldaşı Pərvanə Kəlbalıyeva deyir ki, hadisə ilə bağlı xəbəri səhər saatlarında alıb. Şəhidin oğurlanan yeğanə əşyaları 4 ildir şüşə qutunun içərisində, məzarın yanında qorunurdu.


Şəhidin yoldaşı deyir ki,Vətən uğrunda canından keçən qəhrəmanların yadigarlarını dağıdaraq oğurlayıb aparmaq hörmətsizlikdir.

Şəhid Fəxri Məmmədovun atası Habil Fəxri deyir ki, hadisəni eşidəndəndən dərin sarsıntı içərisindədirlər: “Balamın əlləri dəyən öz gitarasını, tək təsəllimizi aparıblar”.

Hadisə ilə bağlı DİN-dən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Əməli törədən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin