“KIZILELMA” döyüş PUA-sının 5-ci prototipinin sınaqları keçirildi - VİDEO

Hazırda oxunan: “KIZILELMA” döyüş PUA-sının 5-ci prototipinin sınaqları keçirildi - VİDEO

581009

Türkiyənin Baykar şirkəti “Bayraktar KIZILELMA” döyüş PUA-sının beşinci prototipinin sınaqlarını keçirib. 

Bizim.Media xəbər verir ki, bu barədə SavunmaSanayiST.com nəşri X-də məlumat yayıb.

Bildirilib ki, ASELSAN istehsalı olan TOYGUN optik-elektron nişangah sisteminin inteqrasiyası uğurla tamamlanıb, uçuş sınaqları zamanı isə sabit görüntü, hədəflərin dəqiq izlənməsi və lazerlə yüksək dəqiqliklə nişanlanma təsdiqlənib.

Qeyd olunur ki, sistem bort komputerilə fasiləsiz məlumat mübadiləsi və çətin şəraitdə dayanıqlı iş təmin edib, ardıcıl inteqrasiya üçün tələb olunan bütün kriteriyalara cavab verib.

Bu, dünyada döyüş təyinatlı pilotsuz aparat üzərində gövdəyə quraşdırılmış EOTS texnologiyasının ilk tətbiqidir. Sisteminin fuselyaj daxilində yerləşdirilməsi təyyarənin radarda görünməzliyini artırır.
 

Məlumata görə, TOYGUN EOTS-un uğurla inteqrasiya edilməsindən sonra Türkiyə belə texnologiyaya sahib olan dünya ölkələrinin ilk üçlüyündən birinə çevrilib. Bu sistem daha əvvəl yalnız beşinci nəsil platformalarda istifadə olunurdu.


Belə ki, TOYGUN geniş zolaqlı skan etmə, yüksək təsvirli infraqırmızı görüntüləmə və hədəflərin izlənməsi və sinifləndirilməsi üçün süni intellekt alqoritmləri ilə təchiz olunub. Bu da KIZILELMA-nın avtonom imkanlarını daha da gücləndirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin