Zəvvarların avtobusu qəzaya düşdü: 42 ölü var – ANBAAN VİDEO

Hazırda oxunan: Zəvvarların avtobusu qəzaya düşdü: 42 ölü var – ANBAAN VİDEO

580965

Bu gün səhər Səudiyyə Ərəbistanının Mədinə şəhəri yaxınlığında avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində 40-dan çox insanın həlak olduğu bildirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Hindistanın “The Times of India” nəşri yazıb.
 

Məlumata əsasən, ümrə ziyarətinə gedən hindistanlı zəvvarları daşıyan avtobus Məkkədən Mədinəyə hərəkət edərkən yanacaq sisterni ilə toqquşub. Toqquşmadan sonra avtobus alovlanıb.


Hindistanın cənubundakı Telenqana ştatının rəsmiləri 42 zəvvarın həlak olduğunu, yalnız bir nəfərin sağ qaldığını açıqlayıblar.

Ölənlər arasında 20 qadın və 11 uşaq var və onların çoxu Haydərabad sakinləridir. 

Səudiyyə Ərəbistanı hələlik ölənlərin sayını rəsmən təsdiqləməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin