Ukrayna dronu Rusiyanın Samara vilayətindəki neftayırma zavoduna (NEZ) zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Ukrayna Baş Qərargahı yayıb.
İllik emal həcmi 8,8 milyon ton olan Novokuybışevsk NEZ-i rus ordusunu təmin edən 20-dən çox məhsul növü istehsal edir.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri işğal olunmuş Donetsk vilayətində yanacaq-sürtkü materiallarının nasos stansiyasını və “Rubikon” bölməsinin PUA-ların saxlanma bazasını da vurub.
Ryazan NEZ-inə endirilmiş zərbənin nəticələri də dəqiqləşdirilib: orada ELOU-AVT-4 və ELOU-AVT-6 qurğuları, neft məhsulları ilə dolu çən və boru kəməri estakadası zədələnib.
Bizim.Media






















































































