“Belarus yaxın zamanda ABŞ-la Litva sərhədindəki vəziyyətlə bağlı danışıqlar aparacaq”.
Bizim.Media “Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko hökumət iclası zamanı bildirib.
“Yaxın vaxtlarda Amerika Birləşmiş Ştatlarının nümayəndə heyəti ilə danışıqlar aparacağıq. Hiss edirəm ki, Litva ilə Belarus sərhədinin bağlanması məsələsində onların da rolu var”, – deyə dövlət başçısı bildirib.
Lukaşenkonun sözlərinə görə, sanksiyalar səbəbindən Belarusla Litva arasındakı ticarət dövriyyəsi xeyli azalıb. O qeyd edib ki, hazırda Minsk Litva və ya Polşa üçün “çox vacib” sayılan malları bu ölkələrə tranzit yolu ilə ötürür.
Belarus lideri əlavə edib ki, mövcud şəraitdə Minsk Rusiya, Qazaxıstan və Çin kimi digər tərəfdaşlarla əməkdaşlığı gücləndirməyə çalışır.
ABŞ-la keçiriləcək danışıqların detalları barədə Lukaşenko əlavə məlumat verməyib.
Bizim.Media


































































































