SON DƏQİQƏ: Türkiyədə silahlı şəxs televiziya binasına basqın etdi - VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ: Türkiyədə silahlı şəxs televiziya binasına basqın etdi - VİDEO

579860

“BeIN Sports”un İstanbulun Ayazağa bölgəsində yerləşən televiziya binasına silahlı bir şəxs basqın edib. Polis hadisə yerinə müdaxilə üçün binaya daxil olub, hazırda şübhəlinin razı salınması üzrə danışıqlar davam edir.

Bizim.Media xəbər verir ki, “Ekol TV”nin məlumatına görə, binaya hücum edən şəxsin həyat yoldaşının kanalda “təhlükəsizlik əməkdaşı” kimi çalışdığı bildirilir. İddialara əsasən, həmin şəxs jurnalist Güntəkin Onayla görüşmək istəyib.

Hadisə şahidlərinin sözlərinə görə, binada atəş səsi eşidilməyib, lakin şübhəli əlində silahla qışqıra-qışqıra içəri girib.

Hadisə yerinə gələn polis əməkdaşları onu sakitləşdirmək və təslim olmağa razı salmaq üçün danışıqlar aparır.

Türkiyəli jurnalist Haluk Yüreklinin məlumatına görə, beIN SPORTS kanalında çalışan aparıcı Güntekin Onayla qadın mühafizəçi arasında mübahisə baş verib.

Hadisədən sonra qadın həyat yoldaşına xəbər verib və o, yayımçı şirkətin binasına silahla daxil olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin