“Avtoşluq” görüntülərini "TikTok"da paylaşan sürücü HƏBS EDİLDİ - VİDEO

Hazırda oxunan: “Avtoşluq” görüntülərini "TikTok"da paylaşan sürücü HƏBS EDİLDİ - VİDEO

579799

Bakıda avtoxuliqanlıq edərək videosunu "TikTok"da paylaşan sürücü həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, paytaxtın Nizami rayonu ərazisində sürücülük hüququ olmadan avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan "Tofaş" markalı, 10-ST-665 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tural İbrahimov saxlanılıb.

T.İbrahimov idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini "TikTok" sosial şəbəkəsində paylaşıb.

Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.İbrahimovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 20 sutka inzibati qaydada həbs edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin