“Günah uşağa maşın verən atadadır” - VİDEO

Hazırda oxunan: “Günah uşağa maşın verən atadadır” - VİDEO

578912

Göygöldə baş verən dəhşətli yol qəzası zamanı həlak olan 16 yaşlı İsbi Əliyevin yaxınları danışıblar.

Bizim.Media xəbər verir ki, mərhumun atası bildirib ki, oğlu dostlarının çağırışı ilə evdən çıxıb:

“Evdə oturmuşdu, dostları zəng edib çağırdılar. Çıxıb getdilər, qayıtmadılar. Üçü sinif yoldaşı olub, biri də dostu. Azyaşlı uşağa maşın verilməməlidir. Ən böyük günah uşağa maşını verən atadadır”.

Mərhumun nənəsi isə nəvəsinin gələcəklə bağlı arzularının yarımçıq qaldığını deyib:

“Nəvəm 11-ci sinifdə oxuyurdu, arzusu var idi, İdman Akademiyasında oxumaq istəyirdi. Nə idi bizim günahımız?! Nə idi o körpələrin günahı?! Niyə yazıq etdilər bizi?!”
 

Qeyd edək ki, qəza nəticəsində 27 yaşlı sürücü Elvin Məmmədov və 16 yaşlı sərnişin İsbi Əliyev hadisə yerində ölüb. Digər iki sərnişin – 17 yaşlı Sənan Əsgərov və 16 yaşlı Tunar Süleymanov müxtəlif dərəcəli xəsarətləri alıb.


Daha ətraflı “Baku TV”nin videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin