20 Yanvar dairəsində YENİLİK: Cərimə oluna bilərsiniz – VİDEO

Hazırda oxunan: 20 Yanvar dairəsində YENİLİK: Cərimə oluna bilərsiniz – VİDEO

578622

Nəqliyyat vasitələrinin sıx hərəkət etdiyi 20 Yanvar dairəsinin Yasamal rayonuna düşən hissəsində yenilik tətbiq olunub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Moskva prospektinin Müzəffər Həsənov və Zərdabi küçələri ilə kəsişdiyi yerdə sarı tor çəkilib.
 

Bildirilib ki, bu ərazidə tez-tez tıxac müşahidə edilir və avtobuslar öz zolaqlarından sonra kəsişmənin qarşı tərəfinə keçərkən xeyli vaxt itirir. Yeniliyin tətbiqi ilə avtomobillərin həmin torun olduğu yerdə dayanması qadağan edilib.


Yeniliyə əsasən, qarşıda tıxac olarsa, avtomobillər torlu hissəni boş saxlamalı və avtobusların, eləcə də sağdan gələn digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamalıdır.

Qeyd edək ki, avtomobilin sarı torun üzərində saxlanmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə tətbiq edilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin