Zabrat şosesində qeydə alınan yol-nəqliyyat hadisəsinin başvermə səbəbi açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.
O bildirib ki, hadisəyə digər nəqliyyat vasitəsinin əyləc sistemində yaranan nasazlıq səbəb olub:
"Bu gün saat 07:00 radələrində "BakuBus" MMC-nin istismarında olan 139 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusun iştirakı ilə Babək prospekti 111 ünvanında yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata əsasən, hadisəyə digər nəqliyyat vasitəsinin əyləc sistemində yaranan nasazlıq səbəb olub və həmin nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək "BakuBus" MMC-nin istismarında olan avtobusa çırpılıb.
Hadisə nəticəsində "BakuBus" MMC-nin avtobusunda sərnişinlər arasında xəsarət alan olmayıb.
Faktla bağlı aidiyyəti qurumlara məlumat verilib və araşdırma aparılır".
Bizim.Media


























































































